1994-cü il mayın 11-dən 12-nə keçən gecə qüvvəyə minən atəşkəs müqaviləsi 1994-cü il mayın 8-də MDB ölkələri parlamentləri nümayəndə heyətlərinin iclasında imzalanmış Bişkek protokolunda qeyd olunan atəşkəs müraciətinə cavab idi. Atəşkəsə dair sənəd üç hərbi rəhbər tərəfindən Azərbaycanın Müdafiə naziri Məmmədrəfi Məmmədov tərəfindən mayın 9-da Bakıda, həmkarı Serj Sarkisyan tərəfindən mayın 11-də Yerevanda və “Qarabağ ermənilərinin komandiri” Samvel Babayan tərəfindən 1994-cü il mayın 11də Xankəndində imzalanmışdı. Atəşkəs haqqında sazişə əsasən tərəflər atəşkəsi tam təmin etməli və 1994-cü il 12 may 00:01-dən etibarən hərbi əməliyyatları dayandırmalı idilər. Sənədə əsasən, “tərəflər 12 may saat 23:00-dək gələcəkdə oxşar sənədlərə mümkün əlavələr edilməsi və əsas müddəalarının birləşdirilməsi məqsədilə atəşkəs haqqında sazişə dair əmrlərin mətnini mübadilə etməli idilər” və münaqişə tərəflərinin səlahiyyətli nümayəndələri eyni sənədi imzaladıqdan dərhal sonra saziş qüvvəyə minəcəkdi.[1]
[1] “The Cease-fire Agreement”, May 1994; (http://www.ca-c.org/dataeng/books/book-1/12. appendix-10.shtml). Accessed on November 30, 2013.