Bir qayda olaraq, münaqişələrin həlli prosesində münaqişə tərəflərinin mövqeyi onların bu münaqişədə oynadığı rola görə formalaşır. Xüsusilə də ərazi münaqişələrində münaqişə tərəfləri təcavüzkar və təcavüz qurbanı və ya zərər çəkmiş tərəf olaraq iki hissəyə bölünməlidir.[1] Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş, ərazisinin 20%-ni itirmiş; bir milyona qədər vətəndaşı məcburi köçkünə çevrilmiş; işğal olunmuş ərazilərin infrastrukturu dağılmış; iqtisadiyyata dəyən ziyan isə milyardlarla dollar olmuşdu. Bunlar Azərbaycanın münaqişənin müharibəyə çevrilməsi nəticəsində müəyyən etdiyi rəsmi faktlardır və İkinci Qarabağ Müharibəsinə qədər onun nizamlanma prosesində mövqeyi bunlara əsaslanırdı.
Böyük itkilərə baxmayaraq, məsələnin həlli prosesinin ilkin mərhələsindən Azərbaycan münaqişənin həllində yalnız sülhməramlı vasitələrdən istifadə etmək niyyətini nümayiş etdirərək ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmiş prinsiplərə sadiq qalıb. Azərbaycan münaqişənin “əsas” tərəfi kimi ATƏT-in Minsk qrupu tərəfindən yaradılmış sülh formatına qoşularaq münaqişənin həllində konstruktiv mövqe göstərib.
Azərbaycan hökumətinin rəsmi strategiyası bütün işğal olunmuş əraziləri azad etmək, məcburi köçkün düşmüş adamları öz torpaqlarına qaytarmaq və yalnız Dağlıq Qarabağ regionunda deyil, eləcə də Cənubi Qafqazda davamlı sülhü və sabitliyi bərqərar etmək idi. Münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanaraq həll olunmasını tələb edən Azərbaycan işğal olunmuş Azərbaycan rayonlarının heç birinin güzəşt edilməyəcəyini dəfələrlə vurğulamışdır.[2]
Azərbaycan inanırdı ki, Dağlıq Qarabağın statusu məsələnin həll prosesində son mərhələdir və sülh şəraitində, vilayətin bütün əhalisinin birbaşa, tam və bərabər iştirakı ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilməlidir.[3]
Danışıqlar prosesinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin final mərhələsinə qədər, Dağlıq Qarabağın özünüidarə ilə bağlı statusunun müzakirə prosesinə nail olmaq üçün bir sıra addımlar atılmalı idi. Bu baxımdan, rəsmi Bakı aşağıdakı addımları təklif edirdi: ilk növbədə, müəyyən vaxt çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.[4] İkincisi, regionda müharibəyə qədərki demoqrafik vəziyyəti bərpa etmək üçün qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması həyata keçirilməlidir. Üçüncüsü, Dağlıq Qarabağın yekun statusu müəyyən olunana qədər Azərbaycan hökuməti ilə erməni icmasının yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Dördüncüsü, icmaların dinc və yanaşı yaşaması üçün əlverişli şərait təmin etmək üçün erməni icması ilə Azərbaycanın yerli hakimiyyət orqanları arasında rabitə və iqtisadi əlaqələr bərpa olunmalıdır.[5] Beşincisi, tərəflər arasında təhsil və dözümlülük proqramları vasitəsilə humanitar əməkdaşlıq həyata keçirilməlidir. Bu mərhələlər həyata keçirildikdən sonra Dağlıq Qarabağ vilayətinin hüquqi statusunun müəyyən edilməsi barədə danışıqlara başlanmalı idi. Belə ki, Azərbaycanın münaqişəni diplomatik səylərlə həllinə yönəldilmiş rəsmi mövqeyi, dəyişməz olaraq qalırdı, lakin Ermənistanın artan hərbi büdcəsi, sürətlə silahlanması, milli müdafiə sənayesinin inkişafı və yüksək vəzifəli şəxslərinin intensiv şəkildə müharibə ilə bağlı ritorik çıxışları bu dövlətin hər hansı yolla olursa-olsun münaqişəni öz xeyrinə həll etmək niyyətində olduğunu göstərmişdi ki, bu da 2020-ci il İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxarmışdı.
2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanat imzalananda Azərbaycan və Ermənistan Qarabağ məsələsi üzrə yekun sülhün əldə olunması üçün danışıqlara başladılar. Həmin vaxtdan etibarən Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması üçün rəsmi Bakının Ermənistana təklif etdiyi aşağıdakı beş prinsip əsasında Ermənistanla sülh danışıqları aparmaq niyyətindədir:
[1] Dinstein, Yoram, War, Aggression and Self-Defence (Cambridge University Press, 2003), p. 106.
[2] “Foreign Ministry: Azerbaijan’s position on the settlement of Armenia-Azerbaijan Nagorno-Karabakh conflict is clear and unchangeable,” AzərTac, May 5, 2020; https://azertag.az/en/xeber/Foreign_Ministry_Azerbaijans_position_on_the_settlement_of_Armenia_Azerbaijan_Nagorno_Karabakh_conflict_is_clear_and_unchangeable-1479129. Accessed on December 4, 2022.
[3] Mammadov, Akbar, “FM: Azerbaijan’s position on Nagorno-Karabakh conflict unwavering,” August 12, 2020; https://www.azernews.az/karabakh/167941.html. Accessed on December 4, 2022
[4] “Speech by Ilham Aliyev at the 65th session of the United Nations General Assembly”.
[5]Mammadov, “FM: Azerbaijan’s position on Nagorno-Karabakh conflict unwavering”.
[6] Mehdiyev, Mushvig, “Azerbaijan Submits Basic Principles for Normalization of Relations to Armenia,” Caspian News, March 15, 2022; https://caspiannews.com/news-detail/azerbaijan-submits-basic-principles-for-normalization-of-relations-to-armenia-2022-3-15-0/. Accessed on December 4, 2022.