Sovet İttifaqının ilk illərində Dağlıq Qarabağın statusu Azərbaycan SSR ilə Ermənistan SSR arasında ən mübahisəli məsələlərdən biri olmuşdur. Dağlıq Qarabağın statusu ilə bağlı ən mühüm sənəd onun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməli, yaxud Azərbaycanın tərkibində saxlanılması barədə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu plenumunun 5 iyul 1921-ci il tarixli qərarıdır. Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun/RK(b)P/plenar iclasında RK(b)P üzvü Stalin Qafqaz Bürosunun 7 üzvü ilə birlikdə: yoldaş Orconikidze, Kirov, Nazaretyan (erməni), Oraxelaşvili, Fiqatner, Nərimanov və Myasnikov (erməni) və Azərbaycan SSR xalq xarici işlər komissarı Hüseynov, Qarabağa vilayət kimi geniş muxtariyyət verilməklə Dağlıq Qarabağı Azərbaycan ərazisində saxlamaq qərarına gəldi. Sənədin birinci bəndində qeyd edilir ki,
Müsəlmanlar və ermənilər arasında milli sülhün qorunması naminə və Yuxarı və Aşağı Qarabağ arasındakı iqtisadi bağlar və onun Azərbaycanla davamlı əlaqələrinə görə ona vilayət kimi geniş muxtariyyət verilir və inzibati mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılır.[1]
Fərmanda həmçinin Azərbaycan MK-ya təlimat verilirdi ki, Azərbaycanın muxtar vilayətin sərhədlərini müəyyənləşdirərək təsdiq olunması üçün Qafqaz Bürosuna təqdim etsin, lakin bu prosesin tamamlanmasına daha iki il vaxt sərf olundu. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Bu baxımdan, Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə (AKP(b) MK) 5 iyul qərarının həyata keçirilməsi təklif edildi.[2]
Buna görə də, (AKP(b)MK) Rəyasət Heyəti 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr–1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq, Azərbaycana təzyiq yenə davam etdirildi. Komitə iki azərbaycanlı, dörd erməni və Karakozovdan ibarət idi. Zəngəzur partiya katibi və Ermənistan xalq Komissarları Soveti üzvü də komitəyə daxil edilmişdi. Audrey Altstadtın sözlərinə görə, “qızğın mübahisəli ərazini idarə edəcək komissiyaya iddiaçılardan birinin təmsilçisi daxil edilməmişdi. Ayrı-ayrı administrasiyaların bərabər mübahisəli məsələ ilə bağlı yaradılan komissiya elə təşkil olunardı ki, “bir-birinə qarşı iddialı olan millətin üzvləri o birindən iki dəfə çox olsun”.[3]
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. Daha sonra Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi 1923-cü il iyunun 1-də keçirilən plenar iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə sərəncam vermək qərarına gəldi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenar iclasında üç ay müddətində Dağlıq Qarabağ muxtar vilayətinin yaradılmasını təmin etmək barədə qərar qəbul edildi. Növbəti ay Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyəti Qarabağ məsələsi ilə bağlı müzakirələr apararaq iyulun 1-də Dağlıq Qarabağa muxtariyyət verilməsi tövsiyə olunan 6 bənddən (maddədən) ibarət qərar qəbul etdi.[4]
Buna əsaslanaraq, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağın erməni hissəsindən (ermənilər yaşayan) Azərbaycan SSR-in tərkib hissəsi kimi, Xankəndi adlanan yer mərkəz olmaqla, muxtar vilayət yaradılsın”.[5] İki ay sonra, 1923-cü ilin sentyabrında Xankəndi 1918-ci ilin mart qırğını zamanı minlərlə azərbaycanlının qətlə yetirilməsinə rəhbərlik etmiş Bakı kommunasının erməni bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.[6]
Çox sonra, 1924-cü ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi elan edildi.[7] DQMV yaradılandan sonra onun ərazisi rayon-volost-kәnd pillәlәri әsasında inzibati baxımdan aşağıdakı kimi bölünmüşdür:
Amma, sonrakı illәrdә yeni inzibati-әrazi bölgüsü hәyata keçirilәrkәn Dağlıq Qarabağ Muxtar Vilayәtinin inzibati-әrazi bölgüsündә bir sıra dәyişikliklәr hәyata keçirilmişdir. Belә ki, 1930-cu ilin avqustunda DQMV әrazisi Ceraberd, Martuni, Stepanakert, Dizaq vә Şuşa olmaqla yenә dә 5 rayona bölünmüşdür. Bu bölgüyә әsasәn Xaçının әrazisi Stepanakertә aid edilmiş, Vәrәndә Martuni adlandırılmışdır. 1939-cu il avqust ayının 17-dә Ceraberd vә Dizaq rayonlarının adları Mardakert vә Hadrut adları ilә əvəz edilmişdir. 1963-cü il yanvarın 4-də Şuşa rayonu lәğv edilәrәk әrazisi Stepanakert rayonuna verilmişdir. İki il sonra isə, 1965-ci ilin yanvar ayının 6-da Şuşa rayonun statusu yenidәn bәrpa edilmişdir. 1978-ci ildә Stepanakert rayonu әsasında Әsgәran rayonu tәşkil edilmişdir. DQMV-nin bu inzibati-әrazi bölgüsü Sovet İmperiyası dağılanadәk öz mövcudluğunu davam etdirmişdir.[8]
[1] The decree of the July 5, 1921 plenum of Kavbureau CC RCP(b) (Caucasus Bureau of the Central Committee of the Russian Communist Party of the Bolsheviks). Retrieved from К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР 1918-1925/K istorii obrazovania Nagorno-Karabakhskoy Avtonomnoy Oblasti Azerbaidzhanskoy SSR 1918-1925 (Баку, 1989), c. 92.
[2] Shukiurov, Kerim, “On Autonomy for Nagorno-Karabakh: Lessons of History”, The Caucasus & Globalization: Journal of Social, Political and Economic Studies, Vol. 2, Issue 2, 2008, p. 148. Həmçinin bax; a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, c. 127
[3] a.k.ə. Altstadt, Audrey (1992), pp. 125-126.
[4] a.k.ə. Shukurov, Kerim, pp. 148-149.
[5] The decree “On establishment of the Nagorno Karabakh Autonomous Oblast” of the Azerbaijan Central Executive Soviet Committee, July 7, 1923.
[6] Gazıyev, Yusif, “Karabakh in 1920-1980,” Virtual Karabakh, 2009; http://www.virtualkarabakh.az/en/post-item/22/36/karabakh-in-1920-1980.html. Accessed on December 1, 2022.
[7] Altstadt, The Azerbaijani Turks, p. 126. See also: Cornell, Svante E., “Undeclared War: The Nagorno-Karabakh Conflict Reconsidered”, Journal of South Asian and Middle East Studies, Vol. 20. No. 4, 1997, p. 4
[8] “Administrative territorial division”, Garabagh.net; (http://garabagh.net/content_70_en.html). Accessed on December 2, 2022.