24 mart 1992-ci ildə ATƏM Şurasının Helsinki Əlavə İclasında qəbul edilmiş sənəddə Dağlıq Qarabağın Azərbaycanlı İcması (DQİB) bir qurum kimi rəsmi olaraq 9-cu maddə ilə tanınıb. Sənədə əsasən, DQAİ Dağlıq Qarabağ erməniləri ilə yanaşı, münaqişənin “maraqlı” tərəflərindən biri kimi tanınıb.[1]
Beləliklə, 1992-ci ildən bəri İcma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT tərəfindən təşkil edilən bir neçə görüşdə iştirak edərək danışıqlar prosesində Azərbaycan Respublikası ilə birlikdə Dağlıq Qarabağın azərbaycanlı icmasının maraqlarını təmsil edib.[2]
2006-cı ildə İcma Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınmış və “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi” kimi tanınmağa başlamışdır. Cəmiyyətin 2009-cu ildə keçirilmiş I Qurultayının qərarı ilə yenidən təşkilatlanma nəticəsində ictimai birliyin adı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”na dəyişdirilmişdir.
İctimai birlik könüllülərin üzvlüyünə əsaslanan qeyri-kommersiya təşkilatıdır. 65 min üzvü olan icma keçmiş DQMV-nin Azərbaycan icmasını deyil, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən bütün məcburi köçkünləri təmsil edir. Onun fəaliyyəti ölkənin bütün ərazisini əhatə edir. Birliyin təşkilati və inzibati strukturunun əsas orqanları İcmanın qurultayı, İcra (İnzibati) Şurası və Əlaqələndirmə Şurasıdır. İcmanın əsas məqsədləri aşağıdakılardır: Azərbaycanın ərazi bütövlüyünün bərpasına yardım; məcburi köçkünlərin öz torpaqlarına qayıtması; və mədəni irsin və məcburi köçkünlərin hüquqlarının müdafiəsi. Bundan əlavə, Birliyin digər vəzifələrindən biri müxtəlif tədbirlər, görüşlər və Birlik üzvlərinin fəallığını artırmaq məqsədilə Dağlıq Qarabağ məsələləri ilə bağlı bir sıra digər tədbirlər təşkil etməkdir.[3]
DQAİ-nin öz fəaliyyətini gücləndirdiyi bir zamanda münaqişənin həllində tutduğu mövqeyinə görə Azərbaycan hökuməti danışıqlar prosesində icmanın iştirakını dəstəkləməyib. Azərbaycan belə hesab edib ki, Azərbaycan və erməni icmaları danışıqların bu mərhələsində məsələnin həlli prosesinə cəlb olunsalar mövcud format pozulacaq. Lakin, Azərbaycan sülh yaratma prosesinin sonrakı mərhələlərində, xüsusilə də “Əsas prinsiplər” üzrə razılıq əldə olunduqdan sonra Dağlıq Qarabağın hər iki icmasının iştirakının mümkünlüyünü də istisna etməyib.[4]
İkinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ inzibati-ərazi vahidi kimi, eləcə də bölgənin azərbaycanlı və erməni icmaları öz aktuallığını itirmiş, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti dayandırılmışdır. 30 aprel 2021-ci il tarixində “Azərbaycan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvlərinin toplantısı keçirilib və toplantıda təşkilatın ləğvi və “Qarabağa Qayıdış” İctimai Birliyinin yaradılması barədə qərar qəbul edilib. Yeni qurum vətəndaşların öz doğma torpaqlarına qayıtmasına, Qarabağ bölgəsində işləməklərinə dəstək vermək məqsədi daşıyır.[5]
[1] “Final Document of the Additional Meeting of the CSCE Council,” Organization for Security and Co-operation in Europe, March 24, 1992, Article 9; https://www.osce.org/mc/29121. Accessed on December 4, 2022
[2] Huseynbala, A., “Leadership of Nagorno-Karabakh’s Azerbaijani community meets with OSCE chairman,” Trend, July 2, 2009, https://en.trend.az/azerbaijan/karabakh/1497604.html. Accessed on December 4, 2022
[3] “Article 2,6”, The Charter of Public Union of Azerbaijani Community of the Nagorno-Karabakh region of Azerbaijan Republic.
[4] a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar (2011), p. 23.
[5] Mehman, Asif, “Nagorno-Karabakh” separate administrative-territorial unit no longer exists – Azerbaijani MP, Trend News Agency, April 30, 2021; https://en.trend.az/azerbaijan/politics/3417497.html. Accessed on December 4, 2022.