Yenilənmiş Madrid prinsipləri 2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim edilmiş Əsas Prinsiplərə əsaslanan və ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi tərəflərinə təqdim etdiyi sülh təşəbbüslərindən birinə istinad edir. 10 iyul 2009-cu il İtaliyanın L’Akuila şəhərində Səkkizlər Qrupunun (G8) sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri: ABŞ-nin sabiq prezidenti Barak Obama, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedyev və Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi danışıqlar prosesində növbəti addımın vacibliyinə və hərtərəfli sülh müqaviləsinin hazırlanmasına təkan verəcək işləri başa çatdırmağa dair razılıqlarını əks etdirən Dağlıq Qarabağ haqqında birgə bəyanat verdilər. Birgə bəyanatda onlar Minsk qrupu həmsədrlərini münaqişə tərəflərinə təklif etdikləri 2007-ci il noyabr tarixli əsl Madrid prinsiplərində ziddiyyətli məsələ olan ərazi bütövlüyünə qarşı xalqların bərabər hüquqluluq və öz müqəddəratını təyinetmə prinsipləri haqqında Helsinki Yekun Aktına əsaslanan kompromisi əks etdirəcək Madrid Prinsiplərinin yenilənmiş versiyasını hazırlamağa və təqdim etməyə çağırırdılar. Bu bəyanat vasitəsilə onlar həmçinin Azərbaycan və Ermənistan prezidentlərindən “aralarında olan bir sıra ziddiyyətləri həll etmələrini və hərtərəfli həll hesab ediləcək Əsas Prinsiplər üzrə razılığa gəlmələrini” xahiş edirdilər.[1] Yenilənmiş Madrid prinsipləri aşağıdakılardır:
Azadlıq Radiosunun məlumatına görə, yenilənmiş Madrid prinsipləri ilə orijinal versiya arasındakı fərqlər çox cüzi, lakin münaqişə tərəfləri üçün əhəmiyyətli idi. Orijinal Madrid prinsipləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli çıxarılmasına sövq edirdisə, yeni versiyada mərhələli termini yox idi. Eyni zamanda, orijinal versiyada Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdi. Lakin yenilənmiş Madrid prinsiplərinə əsasən yekun status iradənin hüquqi yolla ifadə edilməsi ilə müəyyən ediləcəkdi.[3]
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatına görə tərəflərin bu Prinsipləri təsdiq etməsi gələcəkdə regional sülh, sabitlik və tərəqqi yaratmaq üçün tam həll variantını hazırlamaq imkanı verəcək. Münaqişə tərəflərinin prezident və nazirlər səviyyəsində müxtəlif görüşlər keçirməsinə baxmayaraq, 2009-cu ildə yenilənmiş Madrid prinsiplərinin dərc edilməsindən sonra tərəflər hələ də ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ üzrə öz mövqelərində israr edirdilər. Ona görə də o vaxtdan bəri münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmamışdı. Otuz ilə yaxın bir müddət ərzində ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri tərəflər arasında hərbi əməliyyatların bərpa edilməsinin qarşısını almaqda effektiv olmuşdursa da, münaqişənin həlli ilə bağlı onları kompromisə gətirməkdə müvəffəq olmamışdır.
[1] “Statement by the OSCE Minsk Group Co-Chair countries”, OSCE, 10 iyul 2009-cu il; (http://www.osce. org/mg/51152). İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[2] a.k.ə. Statement by the OSCE Minsk Group Co-Chair countries”.
[3] “Armenian, Azerbaijani Presidents Agree On Preamble To ‘Madrid Principles’”, Radio Free Europe/ Radio Liberty, 26 yanvar 2010-cu il; (http://www.rferl.org/content/Armenian_Azerbaijani_Presidents_Agree_On_Preamble_To_Madrid_Principles/1940349.html). İstifadə tarixi: 3 dekabr 2024-cü il.