1994-cü il mayın 8-də imzalanmış Bişkek protokolu nəyi nəzərdə tuturdu?

Bişkek Protokolunun yekun sənədi 1994-cü il mayın 8-də, 1994-cü il mayın 4–5-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş görüş nəticəsində imzalanmışdır. Görüş Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, Federal Məclisi, Qırğızıstan Parlamenti və Rusiya tərəfindən dəstəklənən regional təşkilat olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə həyata keçirilmişdir. Ermənistan və Azərbaycan Respublikaları arasında Dağlıq Qarabağ üzrə silahlı hərbi münaqişənin yalnız respublika əhalisi üçün deyil, eləcə də digər regional ölkələr üçün mənfi təsiri olduğundan və beynəlxalq vəziyyəti ciddi şəkildə ağırlaş­dırdığından bu münaqişəni dayandırmaq üçün bu protokol bütün mümkün variantları vurğuıayırdı. Bu protokol həmçinin MDB və Parlamentlərarası Assambleyanın fəal rolunun xeyrinə idi: münaqişə tərəflərini 1994-cü il 8–9 may tarixində gecəyarısı atəşi kəsməyə çağırır və MDB üzv dövlətlərin parlamentlərinə MDB-nin sülhməramlı qüvvələrinin bölgəyə göndərmələrini təklif edirdi.[1]

Mayın 4–5-də MDB ölkələri Parlament nümayəndə heyətləri Dağlıq Qarabağ müna­qişəsini müzakirə etmək və Bişkek protokolunu imzalamaq üçün Bişkekə gəldikdə Azərbaycan Parlamentinin vitse-spikeri və Azərbaycanın Bişkek nümayəndə heyətinin rəhbəri Afiyəddin Cəlilov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin razılığı lazım olduğunu deyərək sənədi imzalamaqdan imtina etdi. Tomas de Vaal qeyd edir ki, “Azərbaycan rəhbərliyi qaçılmaz seçim ilə üzləşmişdi. Protokolu imzaladığı halda ən yaxşı variant olaraq sülh əldə edəcək, hərbi ambisiyalardan vaz keçəcək, daxildə isə xalqın mənfi reaksiyası ilə üzləşəcəkdi”.[2]

Azərbaycan nümayəndə heyəti Prezident Heydər Əliyevin razılığı olmadan protokolu imza­lamaqdan imtina etdiyi üçün danışıqlar tərəfi Bakıdan təsdiq alana kimi Cəlilov üçün ayrılmış imza yerinin boş saxlanılması qərarına gəldilər. Bişkek görüşü keçirilərkən Prezident Heydər Əliyev Brüsseldə rəsmi səfərdə idi. Mayın 8-də Heydər Əliyev Bakıya qayıdanda Rusiya Federasiyası Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xüsusi tapşırıqlar üzrə səfiri və səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov da Bişkek protokolu üzrə Azərbaycan prezidenti ilə danışıqlar aparmaq üçün Azərbaycana gəldi. Uzun danışıqlardan sonra Azərbaycan tərəfi proto­kolda iki dəyişiklik edildiyi təqdirdə bu sənədi imzalayacağını bildirdi.[3]

Nəticədə Azərbaycan tərəfi 1994-cü il mayın 8-də iki əlavə edildikdən sonra sənədi imzaladı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri “işğal olunmuş ərazilər” sözləri ilə və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək “müşahidəçilər” sözü isə ”beynəlxalq müşahidəçilər missiyası” ifadəsi ilə əvəz edildi.[4]

Bişkek protokolunun əhəmiyyətinə gəlincə, illər sonra Rusiya səfiri Vladimir Kazimirov bildirmişdi ki, o zamanlar MDB-dən başqa münasibətlərin normallaşdırılması və Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin dayandırılması ilə dərindən maraqlanan beynəlxalq qurum yox idi. O həmçinin qeyd etmişdi:

Bişkek görüşü və protokolu mətbuatın və hətta tədqiqatçıların diqqətini tamamilə haqsız olaraq daha mühüm sənəddən – MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli bəyannaməsindən yayındırdı ki, bu bəyanatda ilk dəfə olaraq belə qəti şəkildə və bu səviyyədə qan tökülməsinə son qoyulmasının əsas əhəmiyyəti və aktuallığı vurğulanmışdı. Əliyev və Ter-Petrosyan bu sənəd üzrə razılığa gəlmişdilər və bu nadir hallarda baş verən bir hadisə idi. Bu bir ay sonra uğurla baş tutan Rusiya diplomatiyasının vasitəçilik səylərinin artmasına səbəb oldu.[5]

Protokolla bağl Nikolas Miller sonradan bir sıra məsələlərin daxil edilməsinə baxmayaraq, sənədin Cənubi Qafqazın iki respublikası arasında Dağlıq Qarabağ münaqişəsinin səbəblərini göstərmədiyini və döyüşlərin mümkün nəticələrinin qiymətləndirilməsi barədə məlumat vermədiyini iddia edirdi. Onun sözlərinə görə cənub sərhədlərində maraqlarını qorumaq üçün Rusiyanın dəstəklədiyi bu protokol münaqişə tərəflərinə hərbi qarşıdurmanın hər iki tərəfin maraqlarına zidd olduğunu göstərirdi.[6]

Nəticədə, Rusiyanın dəstəkləyib-dəstəkləmədiyindən asılı olmayaraq, Bişkek protokolu 1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanmasına səbəb oldu ki, bu da münaqişə tərəfləri arasında gedən qızğın hərbi qarşıdurmaya, azərbaycanlıların öz tarixi yurdlarından didərgin salınmasına son qoydu və erməni silahlı qüvvələri tərəfindən azərbaycanlıların soyqırımının qarşısını aldı.


[1] “Bishkek Protocol”, 5 may 1994-cü il; (http://www.ca-c.org/dataeng/books/book–1/12.appendix-09.shtml). İstifadə tarixi: 27 noyabr 2013-cü il.

[2] a.k.ə. De Waal, T. – 2003. – s. 238.

[3] a.k.ə. De Waal, T. – 2003. – s. 238.

[4] a.k.ə. Bishkek Protocol.

[5] Kazimirov, V. N. We Must Remove Artificial Obstacles to Settling the Karabakh Situation, in Aldis, Anne C., ed., Shaping An Environment for Peace, Stability & Confidence in South Caucasus: the Role of International & Regional Security Organizations. – Conflict Studies Research Centre. – 2002. – s. 63–64.

[6] Miller, Nicholas W., “Nagorno Karabakh: A War without Peace”, in Eichensehr, Kristen & Reisman, W. Michael ed., Stopping Wars and Making Peace: Studies in International Intervention (Martinus Nijhoff Publishers, 2009. – s. 64.