Sovet dövründə DQMV-nin erməni əhalisi Azərbaycan hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalırdımı?

DQMV-nin statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur.[1] Bu Konstitusiyalara əsasən, DQMV SSRİ Ali Sovetinin Millətlər Şurasında beş, Azərbaycan SSR Ali Sovetində isə on iki deputat ilə təmsil olunmaq hüququna malik idi.[2] Bundan başqa, muxtar vilayətin statusu 16 iyun 1981-ci il Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanun”la da tənzimlənirdi.[3] Muxtar vilayətin hüdudları daxilində erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları və prokurorluğun əməli dili kimi qəbul olunmuşdu.[4]

Həmçinin, erməni dilində nəşrlərə, yerli televiziya, radio yayımlarına və qəzetlərə də icazə verilirdi. Ermənistan tərəfi Azərbaycan hökuməti tərəfindən 1960-1980-ci illərdə regiona əhəmiyyətli investisiya ayrılmadığı halda, Azərbaycanın digər bölgələrinə investisiya qoyuluşunun ikiqat artırdığını iddia edirdi. Lakin, statistikaya əsasən, 1971-1985-ci illər ərzində DQMV-nin inkişafına təqribən 483 milyon rubl kapital qoyulmuşdu ki, bu da ötən 15 il ərzindəkindən 2,8 dəfə çox idi.

Bundan əlavə, Azərbaycanın digər regionlarına nisbətən DQMVdə mənzil tikintisi daha yüksək olmuşdur. Azərbaycanda 3,64 kv/m olmasına baxmayaraq, DQMV-də bu rəqəm 4.76 kv/m-ə bərabər idi.[5] Statistikaya görə, “1970-1986-cı illər arasında respublikada sənaye istehsalı 3 dəfə, DQMV-də isə 3,3 dəfə artmışdır”. Əslində, DQMV Azərbaycandan daha sürətlə inkişaf edirdi.

1988/1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilindən tədris dili kimi istifadə edən 136 orta məktəb (16,120 şagird) və 13 qarışıq tipli məktəb (7,045 şagird) var idi. Elə həmin tədris ilinin eyni dövründə Azərbaycanda ümumilikdə 181 erməni məktəbi (20,712 şagird) və 29 qarışıq tipli məktəb (12,766 şagird) var idi. Bundan başqa 1988/1989-cu tədris ilində Azərbaycanda DQMV-nin paytaxt şəhəri Xankəndi (Stepanakert) Pedaqoji İnstitutunun azərbaycan, erməni və rus bölmələrində əsasən ermənilər olmaqla 2130 tələbə də təhsil alırdı. Həmçinin, müxtəlif ixtisaslaşdırılmış orta məktəb və peşə təhsili müəssisələri öz proqramlarını rus və erməni dillərində tərtib edirdilər. Təqdim olunan I Cədvəl DQMV-nin sosial-iqtisadi vəziyyətini, xüsusilə münaqişənin başlandığı 1988-ci ildəki vəziyyətini göstərir. Bu göstəricilər 1988-ci ilin mart ayında regionda sosial iqtisadi vəziyyətin müzakirəsi ilə bağlı dövlət iclası zamanı təqdim olunmuşdur. Məlumatlara əsasən, DQMV-nin sosial vəziyyəti təkcə Azərbaycan və Ermənistan deyil, hətta bütün SSRİ-dəkindən daha yaxşı idi.

Cədvəl 1: 1988-ci ildə sosial inkişafın müqayisəli göstəriciləri.[6]

  Sadalananlar:Azərbaycan
 SSR
DQMVSSRİErmənistan
SSR
1.Hər 10,000 nəfərə düşən xəstəxana çarpayılarının sayı97.7101.7130.186.2
2. Hər 10,000 nəfərə düşən bütün ixtisaslar üzrə həkimlərin sayı38.429.142.738.6
3. Hər 10,000 nəfərə düşən orta tibb işçilərinin sayı93.5122.7114.793.5
4. Hər 10,000 nəfərə düşən ictimai kitabxanaların sayı6134.84.1
5. Hər 10,000 nəfərə düşən klubların sayı5154.83.8
6. Hər 10,000 nəfərə düşən film proyektorlarının [kinoteatr] sayı311.25.42.9
7. Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı (müvafiq yaşda olan əhalinin sayına görə faiz)20355739
8. I növbədə oxuyan şagirdlərin sayı (şagirdlərin ümumi sayına görə faiz)74.392.578.287.8
9. Hər adambaşına düşən mənzil fondu (kv/m)10.914.614.913.7
O cümlədən:    
Şəhər yerlərində12.214.614.313.1
Kənd yerlərində9.214.616.115.0

[1] “Maddə 24”, SSRİ Kostitusiyası, 1936. “Maddə 78”, SSRİ Kostitusiyası, 1977.

[2] a.k.ə. “Maddə 24”. a.k.ə. “Maddə 78”.

[3] Gazıyev, “Karabakh in 1920-1980”.

[4] “Maddə 78”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.

[5] Gazıyev, “Karabakh in 1920-1980”.

[6]Baguirov, “Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic Claims,” p. 9.