Daşnaklar – Ermənistan hökumətinin agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Amma Qarabağ əhalisi üçün bu, Bakı ilə həyat mənbəyini itirmək və İrəvanla birləşmək demək olardı. Hansı ki, onlar heç vaxt və heç bir şəkildə bir-birinə bağlı olmayıblar.