ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatı (Lissabon pinsipləri)

3 dekabr 1996-cı il
Lissabon

Hamınız bilirsiniz ki, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində heç bir tərəqqi əldə edilməmişdir. Mən təəssüf edirəm ki, Minsk Konfransı həmsədrlərinin tərəflərin nizamlanma prinsiplərinə dair fikirlərini uzlaşdırmaq səyləri uğursuz olmuşdur.

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişdir. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər. Onlar aşağıdakılardır:

– Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

– Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

– Məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi.

Mən təəssüf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.

Bu bəyanat Lissabon sammitinin sənədləri sırasına daxil ediləcəkdir.