Ermənistan nümayəndə heyətinin Lissabon prinsipləri ilə bağlı bəyanatı

ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatı ilə əlaqədar olaraq Ermənistan nümayəndə heyəti aşağıdakı məsələlərlə bağlı narahatlığını ifadə edir:

  1. Bəyanat 1994-cü ildə Budapeşt Zirvə görüşündə müəyyən edilmiş və siyasi razılıq əldə etmək məqsədilə danışıqların aparılmasını təklif edən Minsk qrupunun mandatını nə hərfi, nə də məcazi mənada əks etdirmir. Status problemi hələ yekunlaşmamış birbaşa danışıqların müzakirə predmetidir.
  2. Bəyanat 1992-ci il tarixli ATƏT Nazirlər Şurasının qərarına zidd olaraq status məsələsini öncədən müəyyən edir, hansı ki, siyasi saziş bağlandıqdan sonra müzakirə edilməlidir.
  3. Erməni tərəfi əmindir ki, problemin həllini beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplər, ilk növbədə öz müqəddəratını təyinetmə prinsipi əsasında tapmaq olar.
  4. Kompromis həllə nail olmaq naminə Ermənistan tərəfi həm Minsk qrupu çərçivəsində, həm də həmin Qrupun həmsədrlərinin koordinasiya etdiyi birbaşa təmaslar əsasında ən intensiv danışıqları davam etdirməyə hazırdır.

Bu bəyanatın Lissabon Zirvə Bəyannaməsinə əlavə edilməsini xahiş edirəm.