Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi

12 may 1994-cü il

RUSİYA FEDERASİYASININ MÜDAFİƏ NAZİRİ P.S.QRAÇOVA,
RUSİYA FEDERASİYASININ XARİCİ İŞLƏR NAZİRİ A.V.KOZIREVƏ,
V.N.KAZİMİROVA

1994-cü il mayın 5-də Bişkek protokolunda atəşkəsə dair müraciətə cavab olaraq, 1994-cü 18 fevral protokolunu rəhbər tutaraq münaqişə tərəfləri aşağıdakılar barədə razılığa gəldilər:

  1. 12 may 1994-cü il saat 00:01-dən başlayaraq tam atəşkəs və hərbi əməliyyatların dayandırılması təmin edilsin.

Atəşkəs haqqında müvafiq sərəncamlar veriləcək və 1994-cü il mayın 11-dən gec olmayaraq onların icrası üçün məsul hərbi hissələrin zabitlərinin nəzərinə çatdırılacaq.

Tərəflər 12 may saat 23:00-dək gələcəkdə oxşar sənədlərə mümkün əlavələr edilməsi və əsas müddəalarının birləşdirilməsi məqsədilə atəşkəs haqqında sazişə dair əmrlərin mətnini mübadilə edəcəklər.

2. Rusiya Federasiyasının müdafiə nazirindən xahiş olunsun ki, bu il mayın 12-dən gec olmayaraq qoşunların təmas xətti, digər vacib hərbi-texniki məsələlər və beynəlxalq müşahidəçilərin ilk qrupunun yerləşdirilməsinə hazırlıqla bağlı məsələlərin razılaşdırılması məqsədilə Azərbaycan və Ermənistan müdafiə nazirlərini və Dağlıq Qarabağ ordusunun komandirini təcili Moskvaya çağırsın.

3. Bu müqavilə qarşıdakı 10 gün ərzində danışıqların başa çatması və bu il mayın 22-dən gec olmayaraq silahlı münaqişənin dayandırılması haqqında sazişin bağlanması üçün istifadə olunacaq.

4. Vasitəçi münaqişə tərəflərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış tamamilə eyni sənədləri qəbul etdiyini bildirəndən sonra bu saziş dərhal qüvvəyə minəcək.