“Azadlığa Dəstək Aktının” 907-ci düzəlişi

24 oktyabr 1992-ci il
Vaşinqton

AZƏRBAYCANA EDİLƏCƏK YARDIMIN MƏHDUDLAŞDIRILMASI

(a) MƏHDUDİYYƏTLƏR – Prezident Azərbaycan hökumətinin bütün blokadaları, eləcə də Ermənistan və Dağlıq Qarabağa qarşı digər hücum xarakterli gücdən istifadələri dayandırmaq üçün sübuta yetirilən addımlar atdığını müəyyən edənə qədər və beləliklə, Konqresə hesabat verənə qədər bu və ya hər hansı digər Akt (bu Aktın V başlığı altında göstərilən yardımdan başqa) çərçivəsində Birləşmiş Ştatların Azərbaycan hökumətinə yardımı göstərilə bilməz.

(b) QEYD – Əgər Prezident məhdudiyyətin tətbiqinin Birləşmiş Ştatların milli maraqlarına uyğun olmadığını müəyyən edərsə və bunu Konqresə bildirərsə (a) yarımbəndində göstərilən məhdudiyyət tətbiq edilmir.