7 iyul 1923-cü il
Keçmiş Rusiya İmperiyasında milli azlıqları әsarәtdә saxlayan çar mütlәqiyyәti hәtta azlıqda qalan ayrı-ayrı milliyyәtlәri birbirinin üstünә salışdırmaqla mәhv etmәyә әl atmaqdan belә çәkinmirdi.
Zaqafqaziyada 1905-ci ildә ermәni-müsәlman qırğını velikorus mütlәqiyyәtinin mәhvedici siyasәtinә әn yaxşı sübut ola bilәr. Zaqafqaziyanın inqilabi fәhlә kütlәlәri onların sәrmayәsinin zülmünә qarşı öz hiddәtlәrini açıq şәkildә bildirdiyi hәmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların әli ilә tarixәn bir-biri ilә doğma olmuş iki xalqın – ermәnilәr vә müsәlmanların arasında әdavәt toxumu sәpildi. Bu özünü Zaqafqaziya milli azlıqlar üzәrindә ağalığı ön plana çәkәn bir ovuc milli şovnistlәrin – müsavatçıların, daşnakların vә menşeviklәrin, Qәrb kapitalı nökәrlәrinin rәhbәr rolu әlә keçirdiklәri üç “müstәqil dövlәtә” parçalananda özünü bütün çılpaqlığı ilә bir daha göstәrdi. Bu “dövlәtlәrin” mövcud olduqları qısa müddәt әrzindә Qarabağ dağlarında vә Zaqafqaziyanın digәr hissәlәrindә әmәkçi kәndlilәrin qanı az tökülmәdi.
Hansı formada tәzahür etmәsindәn asıla olmayaraq milli zülmün vә qeyri-bәrabәrliyin mәhv edilmәsi, milli әdavәtin vә nifrәtin zәhmәtkeşlәrin beynәlmilәl hәmrәyliyi, vahid dövlәt ittifaqında xalqların qardaşcasına әmәkdaşlığı ilә әvәz edilmәsi fәhlә-kәndli inqilabının vә sovet hakimiyyәtinin әsas vәzifәlәrindәn biridir.
Bu vәzifәnin yerinә yetirilmәsi naminә Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsi qәrara alır:
AzMİK Rәyasәt Heyәti sәdrinin әvәzinә: M.B.Qasımov
AzMİK katibi: M.Xanbudaqov