26 may 1828-ci il
Bir çox mühacirlərin, heç bir hazırlıq və ya digər tədbirlər görmədən vətənlərini tərk edərək müharibədən sonra viran qalmış, maddi yardım qıtlığından əziyyət çəkən yerə gələn miqrantların nə qədər böyük çətinliklərlə üzləşə biləcəyini bildiyim üçün minlərlə xristian ailəsi torpaqlarımızda sığınacaq tapdıqda ortaya çıxa biləcək çətinliklər haqqında əvvəlcədən düşünməyə bilmərəm.
İrəvanın işğalı zamanı xristianların köçürülməsi heç bir çətinlik və problem yaratmayacaq, Rusiyanın maraqlarına mənfi təsir etməyəcək, əksinə, Rusiyaya müsbət təsir göstərəcək, hər hansı bir əlavə xərc yaratmayacaq. Qoşunlarımız Azərbaycanı işğal edənə və erməni icmaları öz müavinlərini mənim yanıma göndərənədək, bu işə qarışmamaq qərarına gəldim.
Deykarqana gələn deputatların heç bir şərt və tələb irəli sürmədən bizdən istədikləri yeganə icazə Rusiyanın şəhərlərində məskunlaşmaqdır. Nəzərə alsaq ki, məğlub olmuş, çalışqan və eyni inanclı insanlar olduqları üçün, onların istəklərinə biganə qala bilməzdim, onların boş torpaqlarda məskunlaşması bizim üçün son dərəcə faydalı olacağı üçün onların arzularının həyata keçirilməsi ilə razılaşdım. Amma bir müddət vergidən azad olunmaqdan başqa heç bir maddi yardım və ya kömək vəd etməmişəm.
“Türkmənçay” müqaviləsini imzalayıb Təbrizə qayıtdıqdan sonra həmin mühacirlərin nə qədər ehtiyaclı olduqları və Rusiya hökuməti maddi yardım göstərməsə, xristian mühacirlərin sərhədləri keçərkən qarşılaşa biləcəkləri çətinliklər barədə məlumatlandırıldım. Həmçinin onların İranda kənd təsərrüfatı sahəsində əldə etdikləri gəlir və faydalar, daşınmaz əmlak və bəzi mülkləri tərk etmək barədə yekdil qərar vermələri barədə də məlumat aldım. Bundan sonra yol verə bilməzdim ki, onların bura köçməsinə maneçilik yaradan hakimiyyətə arxalansınlar. Üstəlik, maddi yardımla bağlı xristianların istəklərinə laqeyd qala bilmədim. Buna görə də mühacirlərə lazımi köməklik göstərmək üçün ermənilərdən zabit Lazarev, polkovnik-leytenant Arqutinski və başqa zabitlər arasından əməksevər, hörmətli şəxsi səfərbər etdim.
Mən tapşırıq verdim ki, keçmiş İrəvanda indi Ermənistan administrasiyasının yerləşdiyi yerdə xüsusi komitə yaradılsın və köçkünlərin məskunlaşdığı yerə kömək etmək üçün əvvəlcə 50 min rubl ayırdım və pula ehtiyacı olan insanlara borc verməyi əmr etdim. Cənab Qraf bu fərmanın təfərrüatları barədə 3 mart tarixli 340 saylı hesabatdan məlumat ala bilər. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Nerses yepiskop Stefanı və arximandrit Nikolayı bu məsələdə bizə köməklik göstərməyə dəvət edib. Mən də onlara müvafiq tapşırıq və sərəncamların verilməsini təmin etdim, komitə rəhbərlərinə lazımi köməklik göstərilməsini tapşırdım. Lazerevin dediyinə görə indiyə qədər həmin sədrlərdən heç bir məlumat ala bilməsəm də, adıçəkilən din xadimlərinin təbliğatının mühacirlərə heç bir təsiri olmayıb. Bununla yanaşı, farsların müqavimət göstərməsinə baxmayaraq, xristianların Azərbaycandan torpaqlarımıza köçürülməsi uğurla həyata keçirilir və hazırda Qarabağda 279, İrəvanda isə 948 ailə məskunlaşıb. Ümumi mühacirlərin sayı Lazerevin məlumatına görə 5000 ailəni əhatə edir.
Bu vəziyyəti yaradan səbəblərə aşağıdakılar daxildir:
Eləcə də:
Xüsusən də bu səbəblərdən xristianların ac qalmaması üçün bütün tədbirlərin görülməsini öz məsuliyyətim hesab etdim və hətta polkovnik Lazarevə həvalə etdim ki, məhsul yığımına qədər ruzisini götürə bilməyən ailələri iyulun 1-nə qədər köçürməsin. Çünki mən hesab edirəm ki, həmin ailələrin şəxsi ərzaq təminatı üçün İranda yaşamaları burada yoxsulluqdan ac qalmalarından daha məqsədəuyğundur.
Ümumiyyətlə, mənim hesablamalarıma görə həmin ailələrə yardım böyük məbləğdə vəsait tələb edir və mən ayrılan puldan artıq pul ödəyə bilmirəm. Yuxarıda qeyd olunanların hamısını Zati-alilərinizin nəzərinə çatdırmağı özümə borc bilirəm.